Top.Mail.Ru
CƏMİYYƏT

Azərbaycan Dövlət Aqrar Univeritetində ödənişsiz təkmilləşdirmə kurslarına QEYDİYYAT BAŞLANIB

“Aqrar sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Univeritetində (ADAU) baytarlıq və aqromühəndislik istiqamətləri üzrə ödənişsiz təkmilləşdirmə kurslarına qeydiyyat başlanıb.

KAİM.az-a verilən məlumata görə layihə aqromühəndislik və baytarlıq istiqaməti üzrə fəaliyyət göstərən mütəxəssislərin praktik bilik və bacarıqlarının artırılması məqsədi ilə icra edilir.

ADAU-nun maddi-texniki bazasının ən müasir tələblərə uyğun yenidən qurulması tədbirləri çərçivəsində maşın-traktor parkının istismara verilməsi, tədris mərkəzlərinin yaradılması, heyvandarlıq komplekslərinin, baytarlıq klinikasının, heyvan kəsimi sexinin, quşçuluq tədris mərkəzinin, süni mayalanma tədris mərkəzinin istifadəyə verilməsi bu sahələr üzrə təkmilləşdirmə kurslarının təşkilinə geniş imkanlar yaradır.

Qeyd edək ki, təkmilləşdirmə kursları ödənişsizdir. Layihə iştirakçıları universitetin tələbə evində ödənişsiz yaşayış yeri ilə təmin olunacaqlar. Həmçinin, kursları müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.

Müraciət üçün bu linkə daxil olun.
Müraciət üçün son tarix: 28 iyul 2021-ci il

Ətraflı məlumat üçün www.adau.edu.az saytına daxil ola bilərsiniz.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button