Top.Mail.Ru
CƏMİYYƏT

Vilayət Eyvazov şəhid oğluna Şuşada VƏZİFƏ VERDİ

Şuşa Rayon Polis Şöbəsində (RPŞ) yeni kadr təyinatı olub.

KAİM.az xəbər verir ki, bu barədə müvafiq əmri Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis kapitanı Səttar Məhərrəmzadə Şuşa Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, S.Məhərrəmzadə Birinci Qarabağ müharibəsi zamanı “Daşaltı əməliyyatı”nda şəhid olan Nazim Məhərrəmovun oğludur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button