Top.Mail.Ru
CƏMİYYƏT

Həbs müddəti başa çatmış şəxslər özünüməşğulluq proqramlarına cəlb edilir | KAİNAT

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə adaptasiyası və iş yerləri ilə təmin olunmaları üçün müvafiq tədbirlər görülür.
Bu barədə .az-a Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Məlumata görə, məşğulluq haqqında qanunvericilikdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər siyahısına əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər daxildir.
Həmin insanlar məşğulluq orqanları tərəfindən müəssisələrdəki kvota üzrə iş yerləri ilə təmin edilirlər.
2021-ci ilin birinci yarımilində 179 nəfər işlə təmin edilib.
Bununla yanaşı, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin özünüməşğulluq proqramında iştirakına da şərait yaradılır.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button