CƏMİYYƏT
Həkimdən həyəcan TƏBİLİ: “Virusun “Delta” ştammı görmə zəifliyi yarada bilər” | KAİNAT

“Delta” ştammı digərlərindən simptomları ilə fərqlənir. Belə ki, bu ştamma yoluxan şəxslərdə görmə zəifliyi, eşitmə zəifliyi yarana bilər.
.az xəbər verir ki, bu barədə AzTV-yə müsahibəsində infeksionist Ləman Qalimova məlumat verib.
O bildirib ki, virusun ölkəmizdə yayılma ehtimalı yüksəkdir, çünki qonşu ölkələrdə artıq virus yayılır:
“İnsanlar maksimum özlərini qorumalıdır. Gigiyena qaydalarına riayət etməli, insanların sıx toplaşdığı məkanlardan uzaq qalmalıdırlar. Əsas olan odur ki, vaksin aşkarlanıb və bu virusdan xilas yolu deməkdir”.
Mənbə
KAİM.AZ