CƏMİYYƏT
Ötən gün 2500-ə yaxın şəxs toylara buraxılmayıb | KAİNAT

Ötən gün 2 461 nəfər COVID-19 pasportu olmadığına görə toy şənliklərinə buraxılmayıb.
Bu barədə .az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, iyulun 30-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 289 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 225 şadlıq sarayında, 64 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Mənbə
KAİM.AZ