CƏMİYYƏT
Darxan Kıdırəli Azərbaycan xalqını təbrik etdi | KAİNAT

“Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, artıq 20 ildir avqustun 1-i qardaş ölkədə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Həmin il Azərbaycanda latın qrafikalı yeni əlifbaya tam keçidin təmin olunması ilə Türk dünyasında inteqrasiyanın yeni səhifəsi açılmışdır.
Bu əlamətdar gün münasibətilə Azərbaycan xalqını təbrik edir, milli kimliyimizin əsası və əcdadımızın bizə miras buraxdığı əvəzsiz xəzinə olan dilimizin daim qorunması və inkişaf etdirilməsini arzulayıram!”
Darxan Kıdırəli, Beynəlxalq Türk Akademiyasının prezidenti
Mənbə
KAİM.AZ