Top.Mail.Ru

CƏMİYYƏT

Xəzər rayonunda polis-vətəndaş HƏMRƏYLİYİ HANSI SƏVİYYƏDƏDİR? – SORĞU

Heydər Əliyev: “Polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqandır.”

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həm paytaxtda, həm regionlarda aparılan çoxşaxəli islahatlar, cinayətkarlar və narkotiklə mübarizə siyasəti öz bəhrəsini verməkdədir.

Bu barədə vətənaşların dövlət səviyyəli qurumlar arasında ən önəmli rola sahib polis işçiləri bağlı fikir və düşüncələrini öyrənmək məqsədi ilə KAİM.az əməkdaşı Xəlil Cəfəroğlu Xəzər rayonunda sorğu aparıb.

Loading...
Yazının davamı reklamdan sonra

Xəzər Rayon Polis İdarəsinin yaratdığı güvənli asayiş şəraiti, kənd və qəsəbələrdə hökm sürən əmin-amanlıq, polis-vətəndaş həmrəyliyi və əhali arasında xoş əhval-ruhiyyənin müşahidə edilməsi Azərbaycan hakimiyyətinin regional inkişaf prosesində qazandığı uğurların əyani sübutudur.

Xəzər rayonu Binə qəsəbəsində yaşayan Sultanov Kazım Fərəcoğlu, Seyfullayev Seyran Məmmədtağı oğlu, Seyfullayev Nail Abış oğlu, Şüvəlan qəsəbəsində yaşayan ağsaqqal Sultanov Səxavət, Türkan qəsəbəsində yaşayan Dənziyev Gündüz, Dənziyev Daşqın və Kəlbiyev Kazım Qasım oğlu ilə aparılan söhbətlərimiz zamanı aydın oldu ki, Xəzər Rayon Polis İdarəsinin rəisi başda olmaqla bütün polis əməkdaşlarının vətəndaşa göstərdiyi qayğı, diqqət, hörmət və vəzifəsinə uyğun olaraq ədalətli davranış prinsipi təqdirəlayiqdir.

Qeyd edək ki, Daxili İşlər naziri cənab Vilayət Eyvazovun düzgün kadr siyasəti ölkə üzrə görülən işlərdə özünü doğrulda bilib.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button