Top.Mail.Ru

CƏMİYYƏT

Azərbaycanda qadın qətlləri kimə sərf edir? — Polisə, yoxsa radikal müxalifətə… | KAİNAT

Qadına qarşı şiddətin, təcavüzün heç bir halda bəraəti yoxdur. Qətlə yetirilən ana bir ailədən yox, cəmiyyətdən böyük və vacib bir pay aparır. Ona görə də həm dövlət orqanları, həm də vətən cəmiyyəti institutları sağlam ailə  modelinin möhkəmləndirilməsi istimqamətində mühüm və daha təsirli tədbirlər görməlidir. Məsələ təkcə öldürülən qadınla da bitmir, bu qadından qalan övladlar da cəmiyyətdə şikəst, yarımçıq və ruhən əzgin halda yaşamağa məcbur olurlar, əksər hallarda onların həyatları uğursuz olur. Amma məsələnin ciddiyəti bununla bitmir.

Avqustun 3-də 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmova əri Füzuli Qarayev tərəfindən paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində çoxsaylı bıçaq zərbələri nəticəsində öldürüldü.
Bu, Azərbaycanda ilk qətl hadisəsi deyildi. Zaman-zaman ailə münaqişəsi zəminində ər-arvad arasındakı gərgin münasibətlər tərəflərdən birinin qanının axıdılması ilə nəticələnib.

Bəs indi nə baş verir? Müəyyən qruplar S.Məhərrəmovun qətli ətrafında tam siyasi şou nümayiş etdirməklə məşğuldurlar.
Bu marginal və ipləri xarici dairələrin qrant layihələrinə bağlı qruplar iddia edirlər ki, Azərbaycanda qadın qatillərinə Azərbaycanın polis orqanları dəstək verir və qadınların öldürülməsinə dövlət qurumlarının maraqları var.
Heç şübhəsiz, bu iddia nə qədər gülməli görünsə də, bir o qədər düşündürücü notlarla köklənib. Məsələyə real mənzərədə işıq salaq. S.Məhərrəmovanı qətlə yetirən əri F.Qarayev ömrünün böyük bir hissəsini həbsdə keçirməli olacaq. Və dövlət hər gün bu yöndəmsiz, psix və qatil “vətəndaşa” pulsuz ərzaq verməli olacaq. Bəlkə də uşaqlarının gözü qarşısında öz arvadını öldürən atanın yaşaması cəmiyyət üçün təhqirdir. Amma Azərbaycanda edam hökmü illər öncə ləğv edilib və cinayətkar şəxs qanunlar qarşısında məsuliyyət daşıyır. Hökumətin, polis orqanlarının bu işdə qazanacağı nə ola bilər ki? İndiyə qədər bu cür ağır cinayət törətmiş şəxsin iki gün sonra əlini-qolunu sallayaraq gəzdiyini də heç kəs görməyib. Üstəgəl, məhkəmə, prokurorluq bu qatilin istintaqı, hökmü ilə məşğul olmalı, vaxt itirməlidir.
Amma burda kimlər qazanc götür? Baxın, S.Məhərrəmovanın öldürülməsindən sonra Azərbaycanda dövlətə qarşı 3 istiqamətdə çirkin və məkrli kampaniya başlayıb:

Loading...
Yazının davamı reklamdan sonra

Birincisi, feministlər – qadınların “müdafiəsi” adı altında bu xislətsiz məxluqlara xaricdən qrantlar ayrılır. Onlar qrantları necə əldə edirlər? Ailəsində müəyyən problemləri olan qadınları taparaq onları müxtəlif zorlayıcı üsullarla sosial şəbəkələrdə çıxış etməyə məcbur edirlər. Ən kiçik problemlər “qlobal” hala gətirilir. Nəticədə qadının ailəsindəki gərginlik daha da artır. Ölkədə hər kəs psixi sağlamlığa sahib deyil ki… Arvadı tərəfindən sosial şəbəkələrdə rüsvay edilən ər başqa üsullara əl atır: ya öldürür, ya da işgəncələrə məruz qoyur, ya da ağır şərtlər daxilində boşamağa məcbur olur. Feministlər isə “zorakılığa” məruz qalan bu tip qadınları taparaq hesabatar hazırlayır, bu hesabatları xaricə göndərir və “qadın hüquqlarının qorunması” adı altında qrantların miqdarını artırırlar. Kişilərə qarşı xüsusi nifrət hissinə malik olan feministlər indiyə qədər qətlə yetirilən bircə əks cinsin nümayəndəsi ilə bağlı etiraz etməyiblər.

İkincisi, Əli Kərimlinin rəhbərlik etdiyi partiya – bunlar feminsitlərin hay-küyünü təbliğ edir və qadın haqlarını bəhanə gətirərək dövətin üzərinə “siyasi yürüş” təşkil edirlər. Fuad Qəhrəmanlı olayı göstərdi ki, Ə.Kərimli feministləri müdafiə etməyə məhkumdur. Müşahidə aparsaq görərik ki, feministlərin antimilli addımları əsasən sosial şəbəkələrdə “Azadlıq qəzeti” səhifəsi vasitəsilə ictimailəşdirilir. AXCP-nin bütün “başbilənləri” feministlərin müdafiəsinə qalxırlar. Çünki feministlər də, AXCP də xaricdən eyni bulaqdan su içir.

Üçüncüsü, xaricdə mənzillənən mühacirlər – Onlar Azərbaycan hakimiyyətinə olan nifrətlərini başqa səpkidə – xalqdan qisas almaqla büruzə verirlər. Ailədən, əxlaqdan məhrum “qadın”ların üzərindən bütünlükdə Azərbyacan cəmiyyətini hədəfə alan mühacirlərə də əsl şou lazımdır. Aldıqları pulun hesabatını da verməyə məhkumdurlar. Hər vəchlə Azərbaycanda baş verən ən xırda mənfi hal belə, ən böyük problem kimi dünyaya nümayiş etdirilməlidir.
Qərbin bəzi dairələrinin – daha çox SOROS-un maliyyə hesabına Azərbaycanda aktivləşən marginal qrupların fəaliyyəti cəmiyyətə, dövlətə ciddi təhlükələr vəd edir.
Artıq SOS hesab olunan hallar var, dövlət ayıq olmalıdır: feministlər ən ucqar bölgələrdə, kəndlərdə təbliğat aparır, müxtəlif şəxslər vasitəsilə qadınlara vizit kartlar paylayırlar. Bu kartlarda qadınlara evdən qaçmağın, ərin qulluğunda durmamağın üsualları qısa tezislərlə izah olunur və ər tərəfindən təziq olunacağı halda qadınlara kartda yazılan mobil nömrələrə zəng etmək təklif edilir. Fəsadları da var. Əvvəllər ailəsinə böyük problemi olan qadınlar ata-anasının evinə gedirdilər, indi isə feministlərin yanına və barlara, “massaj salonları”na üz tuturlar.

Bir qrup feministin S.Məhərrəmovanın qətli ilə bağlı polis idarəsinə hücum çəkməsi, dövlət binasını qanla boyaması göstərir ki, bu istiqamətdə proseslər çoxdan nəzarətdən çıxıb və feministlər öz istəklərin də nail ola biliblər. Elə başda polis orqanlarının iştirakı ilə bu qrupları tam aşkarlanmalı, onların cəmiyyətə, qadınlara təsir imkanları sıfıra endirilməlidir.
Hədəf polis orqanları deyil, Azərbaycan dövlətidir.
Məqsədləri isə Azərbaycan ailə institutlarını tamamilə məhv etmək, ailələrdə intizamsızlıq və tabesizlik mühiti yaratmaqdır. /demokrat.az/

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button