Top.Mail.Ru

CƏMİYYƏT

Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçə və prospektlərdə tıxac var – SİYAHI | KAİNAT

Bakının əsas küçə və prospektlərində tıxac müşahidə edilir.
Bu barədə .az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, Ziya Bünyadov prospekti – əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişməni keçdikdən sonra, Daxili İşlər Nazirliyinin Hospitalının qarşısına qədər olan hissə, 20 Yanvar dairəsi istiqaməti üzrə) sıxlıqdır. Səbəbi isə nəqliyyat vasitələrinin çoxluğudur.
Qara Qarayev prospeklti – (Babək prospekti ilə kəsişməni keçdikdən sonra, Xalqlar Dostluğu metro stansiyasının qarşısı da daxil olmaqla, Bəhruz Nuriyev küçəsi ilə kəsişməyə qədər, Neftçilər metro stansiyası istiqamətində) sıxlıqdır.
Tbilisi prospekti – əsas yol – (20 Yanvar dairəsindən başlayaraq, əsasən, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər istiqamətində) nisbətən sıxlıqdır.
Akademik Həsən Əliyev küçəsi – (1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı da daxil olmaqla, Səməd Vurğun küçəsi ilə kəsişmədən, Xan Şuşinski küçəsi ilə kəsişməyə qədər, Azadlıq prospekti ilə kəsişmə istiqaməti) sıxlıqdır.
Koroğlu Rəhimov küçəsi – (Təbriz küçəsi ilə kəsişmə istiqamətindən, Fətəli xan Xoyski küçəsi ilə kəsişməyə qədər olan hissəsi, Akademik Həsən Əliyev küçəsi istiqamətində) sıxlıqdır.

Mənbə
KAİM.AZ

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button