Top.Mail.Ru

CƏMİYYƏT

Zəngəzur sakinləri Ermənistan ordusuna İNANMIR | KAİNAT

Azərbaycanın 44 günlük müharibədəki zəfərindən sonra Ermənistan rəhbərliyi, hərbçilər və əhali çaşqınlıq içindədir. 
.az xəbər verir ki, bunu BBC Azərbaycanın Zəngəzur sakinlərindən hazırladığı reportajda da açıq görmək mümkündür.

Kənd sakinləri Ermənistan rəhbərliyindən narazılıqlarını dilə gətirirlər: “Yiyəsiz ölkədir, ona görə azərbaycanlılar gəlib çatıblar dağın başına. İnsanlar da çaşıb, bilmir neyləsin. Bu ölkənin rəhbəri varsa, niyə qoyurlar? Bu nə gündür biz çəkirik?”
Onlar çarəsiz vəziyyətdə olduqlarını, köməksiz qaldıqlarını qeyd edirlər. Zəngəzur sakinləri dövlətə və orduya inanmadıqların vurğulayırlar. Bölgədəki Qaragölə demək olar ki, Azərbaycan ordusunun nəzarət etdiyi vurğulanır.
Azərbaycan ordusu isə öz torpağındadır, illər boyu ermənilərin nəzarət etdiyi əraziləri indi öz nəzarətinə götürüb. Tarixən Qaragöl gölü Azərbaycana məxsusdur. Azərbaycan Milli Elmlər Akademiyasının nəşrlərində və o cümlədən xəritələr toplumu şəklində hazırlanmış atlaslarda da bu fakt öz əksini tapıb.

Mənbə
KAİM.AZ

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button