Top.Mail.Ru

CƏMİYYƏT

XI sinif şagirdi niyə vəfat etdi? | KAİNAT

Ötən gün İsmayıllı şəhər 4 nömrəli tam orta məktəbin XI sinif şagirdi Xəyal Bağıyev qəfildən vəfat edib. 
.az xəbər verir ki, bununla bağlı təhsil müəssisəsinin feysbuk səhifəsində paylaşım olunub. Şagirdin qəfil ölümü ciddi müzakirələrə səbəb olub. Yeniyetmənin qızdırmadan vəfat etdiyi deyilsə də, dəqiq ölüm səbəbi və xəstəliyi açıqlanmır.

Faktla bağlı İsmayıllı Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxanadan hazırda ölüm səbəbinin dəqiqləşdirildiyi bildirildi: “Yeniyetmənin əvvəldən dalağı çıxarılıb, qızdırması olub. Xəstəxanaya ağır vəziyyətdə gətirilib, iki gün idi ki, yüksək hərarəti var idi. Hələ ölüm səbəbi məlum deyil. Hazırda bununla bağlı araşdırma gedir və bu barədə məlumat veriləcək”.
Faktla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə də (TƏBİB) sorğu ünvanladıq. Qurumdan dəqiqləşdirmələrdən sonra cavab veriləcəyi bildirildi.
Qeyd edək ki, X. Bağıyevin valideynləri də həmin məktəbdə çalışırlar. Atası Vidadi Bağıyev məktəbin direktor müavini, anası Aynurə xanım isə müəllimdir. Təhsil müəssisəsi Xəyalın ölümü ilə bağlı yaydığı açıqlamada həmişə şagirdin uğurları ilə tanındığı qeyd edilib: “Bu gün bizimlə vidalaşmağını qeyd etmək çox ağırdır”.

Mənbə
KAİM.AZ

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button