Top.Mail.Ru

CƏMİYYƏT

Müəllimlərin işə qəbulu ilə bağlı mühüm AÇIQLAMA

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq, 19 oktyabr tarixdən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub. Bu səbəbdən müəllimlərin işə qəbulu müsabiqəsi üzrə əlavə yerləşdirmə noyabrın 2-dək dayandırılıb.

Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzindən KONKRET.aza verilən məlumata görə, müsabiqənin elektron sənəd qəbulu mərhələsində faktiki yaşayış yerini və əlaqə nömrəsini düzgün qeyd etməmiş namizədlərin müraciətləri nəzərə alınaraq elektron ərizələrində dəyişiklik etmək imkanı yaradılacaqdır. Faktiki yaşayış yerini və əlaqə nömrəsini düzgün qeyd etməmiş namizədlər məlumatları aşağıdakı şəkildə İnsan resursları mərkəzinin elektron poçt ünvanına ([email protected]) göndərməlidirlər:

1. Ad, soyad, ata adı

2. Şəxsiyyəti təsdiq edən sənədin surəti

Loading...
Yazının davamı reklamdan sonra

3. Fin kod

4. Əlaqə nömrəsi

5. Faktiki yaşadığı ünvan (şəhər/rayon, küçə və s.)

Müraciət üçün son tarix 22 oktyabr saat 23:59-dur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button