Top.Mail.Ru

CƏMİYYƏT

Elman Nəsirov: “Karantin rejiminin sərtləşdirilməsi istisna deyil” | KAİNAT

“Təəssüf ki, ölkəmizdə koronavirusa yoluxma hallarında artım dinamikası müşayiət olunmaqdadır. Bu, arzuolunmaz haldır. Biz hələ də karantin rejimində yaşadığımızı unutmamalıyıq. Yoluxma sayı sağalanların sayını üstələdikdə mövcud karantin rejiminin sərtləşdirilməsi ilə bağlı addımların atılması labüd olur”.
.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Karantin rejiminin yenidən sərtləşməsinin istisna olmadığını bildirən deputat vaksinasiya prosesinin əhəmiyyətini qeyd edib:“Sağalanların sayı gündənlik yoluxma hallarından çox olduqda şərtlərin yumşaldılması ilə bağlı qərarlar verilir. Hazırda biz məhz həmin yumşaldılma dövrünü yaşayırıq. Toyların keçirilməsinə icazə verilib, əyləncə və ticarət mərkəzləri açılıb, idman zalları fəaliyyətini bərpa edib. Lakin unutmamaq lazımdır ki, bu qərarlar yoluxma sayı aşağı olduqda verildi, indi isə əks proses gedir. Çox istəyərdik ki, bu, baş verməsin, amma hazırkı yoluxma statistikası fonunda karantin rejiminin sərtləşdirilməsi istisna deyil. Yoluxma hallarının kəskin artması arzu etmədiyimiz ssenarilərin həyata keçirilməsini labüd edə bilər. Ona görə də, ilk növbədə vaksinləşmə prosesinə ciddi yanaşmaq lazımdır. Hazırda zəngin ölkələr vaksinləşmə prosesini uğurla həyata keçirə bilsələr də, nisbətən kasıb ölkələr bu baxımdan məhdudiyyətlər yaşayır. Azərbaycan xoşbəxt ölkədir ki, bu sahədə heç bir probelm yaşamadı”.
Deputat vaksinasiya prosesi ilə bağlı şübhələri olan və dezinformasiya yayan şəxslərin yumşaldılma prosesini yubatdıqlarını bildirib:
“Ölkə rəhbərliyinin vaxtında atdığı addımlar sayəsində vaksinlərin əldə edilməsi və əhalinin peyvəndlənməsi istiqamətində işlər həyata keçirildi və bu proses davam etdirilir. Lakin hələ də bu məsələdə tərəddüdü olan, prosesdən yayınmaq istəyən insanlar var. Hər birimiz razılaşarıq ki, İsrail dünyanın qüdrətli dövlətlərindən biridir, yəhudilər də ən ağıllı millətlərdəndir. İsrail hazırda əhalinin vaksinləşməsinə görə ilk pillələrdə dayanır. Dövlət tərəfindən bütün əhali peyvəndlənməyə cəlb edilib və vaksin baxımından üç dəfə daha artıq ehtiyata malikdir. Belə olan halda, biz niyə bu prosesdən kənarda qalmalıyıq və ya bunu istəməliyik? Biz sevinəməliyik ki, vaksinasiya prosesi üçün kifayət qədər imkanımız var. Bir çox ölkələr bu imkanlardan məhrumdurlar. Digər tərəfdən, mütəxəssislər də bildirib ki, əhalinin 70 faizə qədəri vaksinasiya olunacağı halda, karantin rejimi ilə bağlı daha müsbət nəticələr əldə olunacaq”.
Deputat həmçinin valideyni peyvənd olunmayan şagirdlərin məktəbə buraxılmayacağı ilə bağlı yayılan məlumatlara da münasibət bildirib:
“Valideyni peyvənd  olunmayan şagirdlərin məktəblərə buraxılmayacağı ilə bağlı xəbərlərin dezinformasiya olduğunu düşünürəm. Bu cür yanaşma doğru deyil və bu xəbərlərə inanmaq olmaz. Lakin mən öz adımdan bütün valideynlərə müraciət edirəm, öz övladları, həmçinin bütövlükdə cəmiyyətin sağlamlığı naminə bu prosesdən yayınmasınlar. Yalan xəbərlərə, absurd anlayışlara fikir verməsinlər. Mən Milli Məclisin deputatı, xalqın nümayəndəsi kimi fevral və mart aylarında müvafiq olaraq birinci və ikinci doza vaksin olunmuşam. Şəxsi təcrübəmdən deyirəm, bu prosesdən qorxmaq, çəkinmək lazım deyil, biz hamımız bu prosesdə iştirak etməliyik. Öz həyatınızı, həmçinin övladlarınızın, yaxınlarınızın sağlamlığının qorunmasına töhfə verin”.

Mənbə
KAİM.AZ

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button