Top.Mail.Ru

CƏMİYYƏT

2217 nəfər COVID-19 pasportu olmadığına görə toylara buraxılmadı | KAİNAT

Avqustun 9-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 290 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-in mətbuat xidmətindən .az-a verilən məlumata görə, monitorinq 241 şadlıq sarayında, 49 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
– 58 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
– 2 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;
– 2217 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Mənbə
KAİM.AZ

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button