Azərbaycan diasporunun tanınmış üzvləri-Aşina qardaşları Bakıda qazilərimizin müayinəsini həyata keçirir

Dünya miqyasında tanınan azərbaycanlı həkim-alim, Kopenhagen Universitetinin nevrologiya üzrə professoru, baş məsləhətçisi, Beynəlxalq Baş ağrıları Cəmiyyətinin rəhbəri, İnsan Miqren Araşdırma Birliyini direktoru Məsud Aşina, qardaşı, Nyu-York Lanqon tibb mərkəzində nevrologiya tibb dosenti və Nyu-York Lüteran Tibb Mərkəzində Baş ağrısı şöbəsinin müdiri Səid Aşina Azərbaycana səfərləri çərçivəsində qazilərimizin müayinəsini aparırlar.
Müayinə gün ərzində davam edəcək. Müayinə prosesində professor Məsud Aşinanın oğlu Hakan Aşina da iştirak edir.
Xatırladaq ki, bu yaxınlarda dünyanın ən məhsuldar həkimi adına layiq görülən, Azərbaycan diasporunun tanınmış nümayəndəsi, Avropa həkimləri arasında böyük nüfuza sahib olan Məsud Aşina Azərbaycan Prezidentinin sərəncamı ilə “YAŞAT” Fondunun Himayəçilər Şurasının tərkibinə daxil edilib.