Top.Mail.Ru

CƏMİYYƏT

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov  İsraildə yaşayan soydaşımız Şakir Əhmədovla  görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsraildə yaşayan soydaşımız Şakir Əhmədovla  görüşüb.

Görüş zamanı İsraildə Azərbaycan icmasının fəaliyyəti, İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan diasporunun göstərdiyi birlik və həmrəylik, İsrail və Azərbaycan, o cümlədən iki xalq arasındakı dostluq münasibətləri, diasporun mövcud problemləri və gələcək fəaliyyət perspektivləri müzakirə olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Şakir Əhmədova Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və 2020-ci ildə diaspor qururculuğu sahəsində fəallığına görə təşəkkürnamə təqdim edib.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, Şakir Əhmədov 1996-cı ildən İsraildə yaşayayır və xeyriyyəçiliklə məşğul olur, mütəmadi olaraq  həmvətənlərimizə dəstək göstərir.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button