Top.Mail.Ru

CƏMİYYƏT

Xankəndidə su qıtlığı YAŞANIR

Azərbaycanın Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Xankəndi şəhərində su qıtlığı səbəbindən fövqəladə vəziyyət tətbiq edilir.

KAİM.az xəbər verir ki, Xankəndinin 30% əhalisi içməli su qıtlığı ilə üzləşib. “Su və kanalizasiya” şirkətinin direktoru Qaqik Poqosyan bildirib ki, son 40 gündür şəhərdə yağış yağmayıb. Havanın temperaturu isə 30 dərəcədən aşağı enməyib.

Həmçinin qeyd olunur ki, Xankəndi sakinləri suyu Meqraqet, Hraqet və Vararak çaylarından alır. Bu çaylarda da suyun səviyyəsi enib və böyük bir hissəsi quruyub.

Loading...
Yazının davamı reklamdan sonra

Havanın tepmeraturunun artması şəhərdə su qıtlığı ilə bağlı məsələni aktual saxlayır. Hazırda yanğınsöndürənlər vasitəsilə əhaliyə içməli suyun çatdırılmasına çalışılır.

Poqosyan əhalinin sayı ilə bağlı həqiqətə uyğun olmayan rəqəmlər də səsləndirib. Onun sözlərinə görə, indi Xankəndidə 75 min adam yaşayır və təbii olaraq su istehlakı artıb. Amma sosial şəbəkələrin hər iki seqmentində yayılan foto-videolardan görünür ki, ermənilər Azərbaycan şəhərini sürətlə tərk edir.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button