Top.Mail.Ru

CƏMİYYƏT

Şəhid ailəsi üzvləri və qazilər üçün informasiya texnologiyaları üzrə hazırlıq kursları təşkil olunur

Hazırda davam edən seçim mərhələsində artıq 40 nəfər müsahibədən uğurla keçərək kurslarda iştirak haqqı qazanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində təsis edilən İsrail-Azərbaycan Təlim Mərkəzi ilə birgə şəhid ailəsi üzvləri və qazilər üçün informasiya texnologiyaları üzrə hazırlıq kursları təşkil edir.

Bu ayın əvvəlindən kurslara seçim mərhələsi başlayıb. Müsahibələr zamanı namizədlərlə ilkin tanışlıq olur, onların peşə maraqları, layihədən istək və gözləntiləri öyrənilir. Hazırda da davam edən seçim mərhələsində artıq 40 nəfər şəhid ailəsi üzvləri və qazi müsahibədə uğur qazanaraq kurslara cəlb olunub.

Loading...
Yazının davamı reklamdan sonra

Seçim mərhələsində namizədlərə Psixologiya Elmi-Tədqiqat İnstitutunun peşəkar mütəxəssisləri tərəfindən psixoloji dəstək tədbirləri də həyata keçirilir.

Dövlət Məşğulluq Agentliyinin “Peşə öyrən, işsiz qalma!” devizi ilə həyata keçirdiyi “Peşəkar” layihəsi çərçivəsində təşkil edilən kursları uğurla bitirənlərə İsrail-Azərbaycan Təlim Mərkəzi tərəfindən müvafiq beynəlxalq səviyyəli sertifikat veriləcək. Layihə çərçivəsində tərəfdaşlar tərəfindən onların işlə təminatına da dəstək göstəriləcək.

Kursa qeydiyyat davam edir və qoşulmaq istəyən şəxslər https://cutt.ly/GmG1GyR linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button