Top.Mail.Ru

CƏMİYYƏT

Qonşu ölkədə karantin SƏRTLƏŞDİRİLDİ |

Son günlər Gürcüstanda koronavirusa yoluxma və ölüm sayları artıb.
.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, avqustun 14-dən sentyabrın 4-dək şəhərlərarası nəqliyyat istisna olmaqla bütün ölkə ərazisində bələdiyyəyə məxsus avtobusların və metronun fəaliyyəti dayandırılıb. Şəhərdaxili avtobuslardan yalnız vətəndaşların əsas vaksinasiya mərkəzlərinə daşınması üçün istifadə ediləcəyi bildirilib. İaşə obyektləri saat 23:00-dan 05:00-dək icazə verilməyəcək. Bundan başqa, uşaq əyləncə mərkəzlərinin fəaliyyəti dayandırılıb, idman yarışları, festivallar, konsertlər və digər kütləvi əyləncə proqramları təxirə salınıb.

Son sutkada ölkədə 5 359 nəfər virusa yoluxub, 42 nəfər vəfat edib. Bununla da bu günədək 471 685 nəfər virusa yoluxub, 6321 nəfər isə virusun qurbanı olub.

Mənbə
KAİM.AZ

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button