Top.Mail.Ru

CƏMİYYƏT

Paytaxtın bəzi küçə və prospektlərində tıxac var – SİYAHI

Səhər saatlarında paytaxtın bir sıra küçə və prospektlərində sıxlıq müşahidə olunur.

KAİM.az-a Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, tıxac olan yollar aşağıdakılardır:

Bakı – Sumqayıt şosesi – (Xırdalan dairəsi istiqamətindən başlayaraq, Avtovağzal metro stansiyasının yaxınlığına qədər, 20 Yanvar dairəsi adlanan istiqamətdə) sıxlıqdır.
Binəqədi şosesi – (Əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində sıxlıq müşahidə olunmaqdadır. Sıxlıq başlayan hissədə heç bir küçə kəsişməsi yoxdur).

Loading...
Yazının davamı reklamdan sonra

Ziya Bünyadov prospekti – Əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissə, 20 Yanvar dairəsi istiqaməti üzrə nisbətən sıxlıq müşahidə olunur. Səbəbi isə, nəqliyyat vasitələrinin çoxluğudur).

Koroğlu Rəhimov küçəsi – (Təbriz küçəsi ilə kəsişmə istiqamətindən, Fətəli xan Xoyski küçəsi ilə kəsişməyə qədər olan hissəsi, Akademik Həsən Əliyev küçəsi istiqamətində) sıxlıqdır.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button