Top.Mail.Ru

CƏMİYYƏT

“Dil açıb gecələr ulayır dərdim”- Paşa Talıblıdan YENİ ŞEİRLƏR

Çağdaş ədəbiyyatımızın 80-cilər ədəbi nəslinin istedadlı isimlərindən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Paşa Talıblı illərdir ki, qürbət eldə-Rusiyanın Volqoqrad şəhərində yaşayır. Vətəndən uzaq, soyuq çöllərdə yazıb-yaratmağına baxmayaraq müntəzəm olaraq ölkə mətbuatında çap olunur.

KAİM.az Paşa Talıblı yaradıcılığından bir neçə şeiri oxucuların diqqətinə çatdırır.

Zulumgildəyəm…

…fironun, padşahın dünyasıdımı?
Dünya zalımların zalımı imiş!
Bu zalım dünyada yuxa ürəknən
yaşamaq Allahın zulumu imiş!..

Loading...
Yazının davamı reklamdan sonra

Neylim, bir zulumnan nəfəs alıram,
bir gücnən, bir təhər gəzirəm elə!
…dil açıb gecələr ulayır dərdim,
səsini zulumnan kəsirəm elə!

…yaşamaq Allahın zulumu imiş!
Gözümü açandan zulum gündəyəm…
…yaxın yaşayıram zulumgillərə;
mən elə həmişə zulumgildəyəm!

***

…dodaq susur, dil danışır!
…dodaq ayrı, dil ayrıdı.
…sən sayanı fələk saymır,
qal- ayrıdı, öl-ayrıdı!

…yaxşı başqa, yaman başqa!
…qəlb özgədi, daman başqa!
…sazın özü tamam başqa,
barmaq ayrı, tel ayrıdı.

…de, qaramı ağmı gözəl?
…mən baxıram baxmır gözəl.
…qulmu gözəl, şahmı gözəl?
…şah ayrıdı, qul ayrıdı!

…telim telinə bənzəməz,
əlim əlinə bənzəməz!
…sənin könlünə bənzəməz,
məndəki könül ayrıdı.

***

Kim sən biləni bilər ki?
…qadın evdə həvədimi?
…amma yenə uçmağa da
ən yaxşısı dəvədi…min!

…builki qürbətçilikdən
boynu bükük qərib çıxdım!
…Diogen tək çəlləyə gir
gözlə…bəlkə gəlib çıxdım!

…başımda şer havası,
alnımdan da Ayı gözlə.
…Tanrımı? O da neyləsin?
Nəfəsləri sayır…gözlə!

Nəfəsi candan ayırır…
Gördüyünü gizlə…gözlə!
…amma yenə ən yaxşısı
gözləməkdi…gözlə, gözlə!

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button