Top.Mail.Ru

CƏMİYYƏT

Yoluxmaya görə bu qəsəbəyə giriş-çıxış bağlanıb? – RƏSMİ AÇIQLAMA – YENİLƏNİB

10:54

Göyçay rayonunun Qaraməryəm kəndində “Kompleks” adlı kiçik qəsəbədə koronavirusa kütləvi yoluxma qeydə alınıb.

KAİM.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Loading...
Yazının davamı reklamdan sonra

Məlumata görə, yoluxanların sayının çox olması səbəbindən yerli polis qəsəbəyə girişi bağlayıb və kənardan gələn adamları qəsəbəyə buraxmır.

Bir neçə saat öncə qəsəbə sakinlərindən biri vəfat edib və dəfn olunmaq üçün Mingəçevirə aparılacaq.

***

Sosial şəbəkələrdə Göyçayın Qaraməryəm kəndində koronavirus pandemiyasına görə giriş-çıxışın bağlanması ilə bağlı məlumatlar yayılıb.
İddia edilib ki, rayonunun Qaraməryəm kəndində əhalinin 70 faizində koronavirusa yoluxma faktı aşkarlanıb və nəticədə polis qəsəbəyə giriş-çıxışı bağlayıb.

KAİM.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov oxu.az-a bildirib ki, Göyçay rayonunun Qaraməryəm kəndinin nəzarətə götürülməsi, giriş-çıxışın bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Heç bir polis postu quraşdırılmayıb. Yayılan məlumatlar yanlışdır”.

Məlumata görə, rayonun Qaraməryəm kəndində bir ailə koronavirusa yoluxub və həmin ailə üzvlərindən bir nəfər vəfat edib. Qohumların dəfn mərasimində iştirak etməməsi üçün həmin əraziyə nəzarət olunur.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button