Top.Mail.Ru

CƏMİYYƏT

Məhərrəmlikdə kimlər toy edir? – “O cür insanları tanımaq istəmirəm” – Partiya sədri

Məhərrəm ayı olmasına baxmayaraq, son 2 gündə Bakıda və ölkənin digər bölgələrində 100-ə yaxın toy şənliyi keçirilib. Əvvəlki illərlə müqayisədə bu statistika təəccüb doğurur.

Məhərrəm ayında toylara ara verilməməsinə səbəbi nədir? Azərbaycanda Məhərrəmlik üçün xas olan ayinlərə qarşı etinasızlıq yaranıb, yoxsa, insanlar yeni qapanmanın olacağından narahatdırlar?

KAİM.az xəbər verir ki, sabiq deputatı, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu son günlərin aktual mövzusu haqqında yenisabah.az-a danışıb.

Loading...
Yazının davamı reklamdan sonra

O, bu məsələnin hər kəsin şəxsi düşüncəsindən asılı olduğunu qeyd edib:

“Bu özəl məsələdir. Azərbaycanın müxtəlif inanclı, müxtəlif milli mənsubiyyətə aid vətəndaşları var. Biz xristianlardan və ya başqa dini inanclı insanlardan tələb edə bilmərik ki, toy keçirməyin. Bizim millətimizin içində də həmin günlərdə toy edənlər olur. Mən şəxsən özüm 70-ci illərdə Aşura günü gəlin gətirilməsinin şahidi olmuşam. Bu sadəcə inanc və düşüncə məsələsidir. Kimlərsə toy edər, kimlərsə etməz.

Hər kəs bir-birinin şəxsi inancına hörmətlə yanaşmalıdır”.

M.Mirəlioğlu toylara dəvət alıb-almaması haqqında da danışıb:

“Mən bu günə qədər  Məhərrəm ayında 100-ə yaxın toyun keçirilməsini görməmişdim. Bu il bir ilkdir. Lakin mən dəvət almamışam. İnanmıram ki, mənim tanıdığım insanlar və ya məni tanıyanlar Məhərrəm ayında məni toya dəvət etsinlər. O, cür insanlar tanımıram, tanımaq isdəmirəm”.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button