Top.Mail.Ru

CƏMİYYƏT

Azərbaycanda partiya sədri həbsxanada VƏFAT ETDİ

Azərbaycan Mübarizləri Partiyasının sədri Ağadur Müslümov vəfat edib.

KAİM.az pravda.az-a istinadən xəbər verir ki, partiya sədri həbsxanada dünyasını dəyişib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham olunan Ağadur Müslümov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. İş üzrə iki nəfər zərərçəkən olub. Onlar – İran vətəndaşı Xorəzmi Əlirza Qurban və Babayev İsaxan Teymur oğludur. Zərərçəkmiş İsaxan Babayev Təhsil Nazirliyinin Tikinti İdarəsinin sabiq rəisi olub. İ.Babayev polisə ərizə ilə müraciət edərək, 2013-cü ildə Ağadur Müslümova 100 min manat verdiyini, həmin şəxsin bunun müqabilində ona Təhsil Nazirliyinin idarə rəisi vəzifəsində qalmağa köməklik göstərəcəyini vəd etdiyini bildirib. Lakin A.Müslümov pulu alsa da, vədinə əməl etməyib. Misir Mərdanov təhsil naziri vəzifəsindən getdikdən sonra İ.Babayev də işdən çıxarılıb.

Loading...
Yazının davamı reklamdan sonra

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button