Top.Mail.Ru

CƏMİYYƏT

“Əhalini Aşura günündə qaydalara riayət etməyə ÇAĞIRIRAM” – Hacı Şahin

“Aşura günü ilə bağlı mərasimlər pandemiya ilə əlaqədar olaraq məhdud sayda insanın iştirakı ilə keçiriləcək. Yoluxmaları nəzərə alaraq insanları qaydalara riayət etməyə çağırıram”.

KAİM.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında din xadimi Hacı Şahin Həsənli deyib. O bildirib ki, Aşura islam tarixinin önəmli hadisələrindən biridir:

“Avqustun 19-u Aşura günü kimi qeyd olunur. Artıq ikinci ildir ki, pandemiya şəraitində yaşayırıq və belə bir dövrdə kütləvi tədbirlərin keçirilməsi mümkünsüzdür. Keçən il ümumiyyətlə məscidlər bağlı idi, bu il isə məhdud sayda, cəmi 50 nəfərin iştirakı ilə bu mərasim keçiriləcək. Həmin şəxslər də bütün qaydalara riayət edəcəklər, sosial məsafə qorunacaq, maskalardan, dezinfeksiya vasitələrindən istifadə təmin olunacaq. Məscidlərdə də icmalar bu prosesə nəzarət edəcəklər”.

Loading...
Yazının davamı reklamdan sonra

Onun sözlərinə görə, pandemiya səbəbindən insanların əksəriyyəti bu mərasimlərdə iştirak edə bilmədiyindən, din xadimləri onlayn qaydada canlı yayım vasitəsilə çıxış edəcəklər:

“Bu çıxışlar sosial şəbəkələr üzərindən yayımlanacaq və insanlar evlərində oturub, xütbələri dinləyə və mərasimə virtual olaraq qatıla biləcəklər. Eyni zamanda Aşura günü qanvermə aksiyaları da keçiriləcək. Qafqaz Müsəlmanları İdarəsi artıq ünvanları açıqlayıb. Bu il məscidlərdə bunun üçün şərait olmadığından, tibb müəssisələrində qanvermə aksiyaları təşkil olunacaq.

Bir daha insanlara müraciət edirəm ki, yoluxma sayının artmasını nəzərə alaraq hər zaman qaydalara riayət etsinlər. Bu, ciddi məsələdir”.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button