Top.Mail.Ru

CƏMİYYƏT

Yanğınsöndürənlərimizin sonuncu qrupu Türkiyədən QAYITDI – VİDEO

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş meşə yanğınları ilə mübarizə məqsədilə qardaş ölkəyə göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri 16 avqust 2021-ci il tarixindən etibarən hissə-hissə ölkəmizə qayıdır.

FHN-dən KAİM.az-a verilən məlumata görə, qardaş Türkiyədə yanğınların söndürülməsi ilə bağlı tapşırıqları uğurla yerinə yetirən və quru yolu ilə geri qayıdan FHN-in xüsusi texnika və canlı qüvvəsindən ibarət sonuncu qrup da bu gün səhər saatlarında ölkə ərazisinə daxil olub.

Hazırda həmin qüvvələr daimi dislokasiya yerlərinə doğru istiqamət alıb.

Loading...
Yazının davamı reklamdan sonra

Xatırladaq ki, FHN-in yanğın-xilasetmə qüvvələrinin ilk iki qrupu təyyarə ilə 16 avqust 2021-ci il tarixində ölkəmizə qayıdıb.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button