Top.Mail.Ru

CƏMİYYƏT

Üzüm sortlarının dequstasiyası KEÇİRİLİB

Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Abşeron Təcrübə Təsərrüfatında institutun yeni hibrid üzüm sortu, Aqrar Xidmətlər Agentliyi tərəfindən dövlət reyesterinə daxil edilmiş “Gəncəvi” sortunun və yerli üzüm sortlarının dequstasiyası keçirilib. Dequstasiya prosesində son illər üzərində elmi-seleksiya işləri aparılan sortların dad, əmtəə görünüşü və digər keyfiyyət göstəricilərinə baxış keçirilib, onlardan alınan şərabların xüsusiyyətləri qiymətləndirilib. Tədbirdə həmçinin institutun laboratoriyalarında müxtəlif texnoloji, biokimyəvi qiymətləndirmələr, sort müxtəlifliyi, innovativ texnologiyalar nəzərə alınmaqla hazırlanmış elm tutumlu məhsullar (müxtəlif növ şərablar, üzüm kompotu, üzüm şirəsi, üzüm bəhməzi, sirkə, abqora, kişmiş, mövüc, mürəbbə, yarpaq və s.) nümayiş etdirilib.

Dequstasiyada məqsəd irigiləliyə görə yaxşılaşdırılma proqramına cəlb olunmuş yerli kişmişi və aztoxumlu süfrə üzüm sortlarının müsbət tərəflərinin fermer və istehsalçılara çatdırılmasıdır. İnstitutun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov bildirib ki, yerli sortların genefondunun qorunması və daha da zənginləşdirilməsi istiqamətində ampeloqrafik tədqiqatlar aparılır.

Tarixi məlumatlardan və ampeloqrafik tədqiqatlardan məlum olub ki, Azərbaycanda vaxtilə 600-ə yaxın üzüm sortları əkilib-becərilib. Bunun 400-ə qədərini yerli üzüm sortları təşkil edir. Dünyanın ən yüksək məhsuldar, keyfiyyətli, salxım və gilələrinin gözəl görkəmi ilə seçilən, ən qiymətli süfrə, texniki və kişmişi üzüm sortları məhz bizim ölkəmizdə bitir. Bunlardan məhsuldarlığı, öz dadı, keyfiyyəti, rəngi, istifadə istiqaməti ilə fərqlənən Ağ və Qara şanılar, Təbrizi, Bayanşirə, Mədrəsə, Ağ Xəlili, Sarıgilə, Şirvanşahı, Həməşərə, Xindoqnı, Hüseyni, Nəqşəbi, Misqalı, Şamaxı mərəndisi, Qara və Ağ Aldərələr, Ağ kişmişi, Ağ oval kişmişi, Çəhrayı kişmişi və s. çoxsaylı digər sortları göstərə bilərik. Ancaq bu sortların içərisində elələri var ki, onlar dünyada da nadir sortlar sayılır. Məsələn, yerli Şirvanşahı sortunun gilələrində tam yetişmə zamanı 27-33 q/100 sm3 şəkərlilik toplanır. Bayanşirə sortu isə dünyada ən yüksək məhsuldar sortlardan biri hesab olunur. Belə ki, formasından asılı olaraq bir tənəyin məhsulu orta hesabla 12-20 kiloqrama çatır ki, bu da hektardan 35-45 ton üzüm məhsulu deməkdir.

Loading...
Yazının davamı reklamdan sonra

Son illər iri fermer və sahibkarlar süfrə üzüm bağlarının salınmasında xarici sortlara nisbətən üstünlük verirlər. Bunun bir neçə səbəbi var:

-Yerli süfrə üzüm sortlarımız yüksək dad keyfiyyətinə, irigiləli olsalar da, bir çox əlamətlərə xəstəlik və zərərvericilərə davamlılığına, tezyetişkənliyinə, saxlanma və daşınma göstəricilərinə görə xarici süfrə sortlarından geri qalırlar.

-Yerli kişmiş üzüm sortlarının isə dad keyfiyyətləri, əmtəəlik görünüşləri, məhsuldarlıqları yüksək olsa da, gilələrinin iriliyinə, xəstəlik və zərərvericilərə davamlılığına, saxlanmaya və daşınmaya, qurutmaya yararlılığına görə xarici kişmişi üzüm sortlarından geri qalırlar.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button