Top.Mail.Ru

CƏMİYYƏT

Bu marşrutun hərəkət sxemində dəyişiklik EDİLDİ

Bakının Nizami İsmayılov küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərə uyğun olaraq 66 nömrəli müntəzəm marşrutun hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.

Bu barədə KAİM.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

“Dəyişikliyə əsasən marşrutun hərəkət sxemi müvəqqəti olaraq Yusif Eyvazov, Etibar Bəkirli, Cəlal Qurbanov, Zaur Şərifov, Sakit Qocayev küçələrindən keçməklə təşkil ediləcək. Dəyişiklik təmir işləri yekunlaşanadək qüvvədə olacaq”, – deyə məlumatda bildirilir.

Loading...
Yazının davamı reklamdan sonra

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button