Top.Mail.Ru

CƏMİYYƏT

Yunanıstan mediası Azərbaycan diasporunun Şuşaya səfərindən YAZIB

“Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə bu ölkənin “Karfitsa” xəbər portalında “Şuşa: Azərbaycanın mədəniyyət paytaxtı” sərlövhəli məqalə dərc olunub.

Məqaləni qələmə alan “Qala” Yunanıstan–Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov qeyd edib ki, Azərbaycana işgüzar səfəri zamanı 30 il sonra Şuşaya getmək və qədim şəhərimizi görmək ona nəsib olub.

Şuşada aldığı ilk təəssüratı müəllif belə ifadə edib: “Şuşaya çatanda qışqırmaq istədim: “Əziz Şuşa, sən Azadsan! Bu gün xaricdən səninlə görüşmək, səni ziyarət etmək üçün gəldik”. Çünki dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızla birlikdə bu torpaqların azadlığı, uzun illər ərzində itirilmiş Qarabağın ruhunun bərpası uğrunda apardığımız mübarizə nəticəsində ortaq səyahətə qatılmaq məni güclü duyğulara boğdu”.

Loading...
Yazının davamı reklamdan sonra

Qarabağın və onun ürəyi olan Şuşanın dünyanı heyrətləndirəcək zəngin turizm potensialına malik olduğunu vurğulayan müəllif səfər zamanı gördüyü tarixi-mədəni abidələrdən, Azərbaycan Prezidentinin fərman və sərəncamları ilə burada bərpa işlərinə başlanılmasından bəhs edib. “Şuşa Allahın sevimli şəhəri sayıla bilər və bir sıra Azərbaycan ziyalılarının, o cümlədən şair və yazıçıların vətənidir. Şuşa azad edildikdən dərhal sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev onu Azərbaycanın mədəniyyət paytaxtı elan etdi”, – deyə cəmiyyətin sədri əlavə edib.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

Shusha: Η πολιτιστικη πρωτεύουσα του Αζερμπαϊτζάν

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button