Top.Mail.Ru

CƏMİYYƏT

“Guya qeyri-məhərrəmlik ayında evlənənlərin hamısı XOŞBƏXT OLUR, doxsan faizi BOŞANIR…”

KAİM.az xəbər verir ki, Moderator.az-a açıqlamasında yazıçı Seyran Səxavət də məsələyə münasibətini bildirib. Yazıçının sözlərinə görə, axı qeyri-məhərrəmlik günlərində toy edənlərin də hamısı xoşbəxt olmur:

“Hacı Surxaya hörmətim var, fikrinə hörmətlə yanaşıram, ruhanidir, din adamıdır və nə dediyini bilir. Sadəcə bir şeyi demək isəyirəm ki, guya məhərrəmlik ayında yox, qeyri-məhərrəmlik ayında evlənənlərin hamısı xoşbəxt olur? Elə doxsan faizi boşanır də. Biz həmişə əsirlərlə, günlərlə gözləmişik ki, məhərrəmlikdə toy etmək olmaz”.

Yazıçı insanların bu gün Allahdan və təbiətdən daha çox nəfislərinin qulu olduğunu bildirib:
“Biz özümüzdən o qədər uzaqlaşmışıq ki. Uşaq evlərindən uzağa gedib axşam qaranlıq düşəndə öz evinə qayıda bilmir, necə ki, azır qalır. Bax bu saat biz bir millət olaraq o gündəyik. Biz özümüzə qayıda bilmirik. Ona görə də insanları sel aparır, dünya alışıb yanır, yanğınlar, pandemiya olur. İnsanlar özünü yığışdırmasa, adam balası kimi aparmasa, bu işlərin axırı çox böyük fəlakətlərlə qurtaracaq. Çünki təbiət səbirlidir və bir az da Allaha oxşayır.

Loading...
Yazının davamı reklamdan sonra

Amma intiqam almağa başlayanda onun qarşısında heç nə dayana bilmir. Bunun zəlzələsi, seli, yanğını var.

Atomdan da, hidrogendən də təbiətin silahı güclüdür. Yəni insandan hər cür intiqam ala bilər. Bu saat da alır, amma yenə də özümüzə gəlmirik. Biz Allahdan və təbiətdən çox nəfsimizin əmirlərini yerinə yetirməklə məşğuluq.

Biz hamımız vəzifəmizdən asılı olmayaraq nəfsimizin qara quluyuq”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button