Top.Mail.Ru

CƏMİYYƏT

Baş Nazir Təhsil Nazirliyi ilə bağlı qərarını DƏYİŞDİRDİ

Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısına dəyişiklik edilib.

Sonxeber.az-ın məlumatına görə, Baş Nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

Qərara əsasən, ümumi təhsil müəssisələri (ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, inteqrasiya təlimli internat tipli təhsil müəssisələri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr)” bölməsinə yeni bəndlər əlavə edilib. Beləliklə, Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü lisey; Quba rayonu fizika, riyaziyyat və informatika təmayüllü lisey; Şirvan şəhər kimya-biologiya təmayüllü lisey; Şəki şəhər kimya-biologiya təmayüllü lisey; Şəmkir rayonu kimya-biologiya təmayüllü lisey Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısına əlavə edilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button