Top.Mail.Ru

CƏMİYYƏT

Axtarışda olan şəxs tapıldığı gün polis bölməsində ÖLDÜ

Bakıda saxlanılan şəxs polis bölməsində ölüb.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov KAİM.az-ın sorğusuna cavab olaraq bildirib ki, Səbail Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə axtarışda olan Ərzi Bəhruz oğlu Fərəcov avqustun 20-də keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yeri müəyyən edilərək saxlanılıb: “Həmin şəxs saat 21 radələrində 8-ci Polis Bölməsinə gətirilib. Gecə saat 04 radələrində halı pisləşdiyi üçün polis bölməsinə təcili yardım çağırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, Ərzi Fərəcov ölüb. Həkimlərin rəyinə görə, o, ürəktutmadan vəfat edib”.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Loading...
Yazının davamı reklamdan sonra

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button