Top.Mail.Ru

CƏMİYYƏT

Evdən çıxan iki COVİD-19 xəstəsi SAXLANILDI

Saatlıda yaşadığı evi qanunsuz olaraq tərk edən və infeksiyanın yayılmasına şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən KAİM.az-a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan Saatlı rayon sakini Vüsal Həşimova ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq o, yaşadığı ünvanı tərk edib.

V.Həşimov rayon ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə qaytarılıb.

Loading...
Yazının davamı reklamdan sonra

Həmin şəxs barəsində Saatlı RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Yaşadığı ünvanı tərk edən daha bir koronavirus xəstəsi Zaqatalada saxlanılıb.

Şəhər sakini Fəridə Əliyevaya ev şəraitində müalicə təyin olunmasına baxmayaraq o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. İnfeksiyanın yayılmasına şərait yaradan həmin şəxslə izahedici söhbətlər aparılıb və yaşadığı evə geri qaytarılıb.

F.Əliyeva barəsində Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button