Top.Mail.Ru

CƏMİYYƏT

Bakı niyə bu platformadan İMTİNA ETDİ?

Azərbaycanın Krım platformasında iştirakdan imtina etməsində qeyri-adi heç nə yoxdur. Rəsmi Bakı bu platformanın keçirilməsində əsas məqsədin nə olduğunu yaxşı anlayır.

KAİM.az xəbər verir ki, bu sözləri  politoloq İlqar Vəlizadə Azərbaycanın avqustun 23-də Kiyevdə keçiriləcək Krım platformasına qatılmamasını şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, praktiki baxımdan Krım platforması və təşkil edilmə məqsədi müəyyən suallar yaradır:
“Yəni bu platformanın qəbul edəcəyi qərarları heç bir dövlət icra etməyəcək. Aydın məsələdir ki, bu platformanın indiki halda əsas məqsədi siyasidir. Söhbət Qərbin Rusiyaya yeni təzyiq imkanları axtarması, bu yolla Kremlin daha da zəifləməsindən gedir.

Loading...
Yazının davamı reklamdan sonra

Rəsmi Moskva da, bundan öncə olduğu kimi, Krım platformasının qərarlarını tanımayacaq və platformanın işi yarımçıq qalacaq. Belə olan təqdirdə Azərbaycanın həmin platformada iştirakının mahiyyəti sual altına düşür. Yəni rəsmi Kiyevin bu məsələdə narazılığı yersizdir. Çünki Azərbaycan onsuz da Krım yarımadasını Ukraynanın ərazisi kimi tanıyır. Bundan başqa, bu gün Azərbaycan Hava Yolları Krıma uçular həyata keçirmir. Bakı ədalətli mövqeyini hər zaman qoruyub saxlayıb”.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button