Top.Mail.Ru

CƏMİYYƏT

Vaksin olunmayanlar üçün test dövrü başlayır, ancaq TÜRKİYƏDƏ

Vətəndaşlardan uçuş öncəsi, şəhərlərarafı avtobusla səyahət zamanı 48 saat öncədən PCR test vermələri tələb olunacaq. Təhsil sektorunda çalışan işçilər üçün bu testlər dövlət xətəxanalarında pulsuz olaraq həyata keçiriləcək.

KAİM.az xəbər verir ki, Türkiyədə vaksin olunmayanlardan COVID-19 testi tələb oluncaq. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, vaksin olunmayanların teatr, kinoteatr, konsert salonlarına girişi COVID-19-la əlaqədar verilən PCR testin neqativ nəticəsi ilə mümkün olacaq. Bununla da peyvənd olunmaq istəməyənlərin də sərbəst hərəkətinin təminatı məqsədi ilə artıq Türkiyə hökuməti müəyyən addımlar atıb.

Bundan başqa, vətəndaşlardan uçuşdan əvvəl, şəhərlərarafı avtobusla səyahət zamanı 48 saat əvvəl PCR test vermələri tələb olunacaq. Təhsil sektorunda çalışan işçilər üçün bu testlər dövlət xətəxanalarında pulsuz olaraq həyata keçiriləcək.

Loading...
Yazının davamı reklamdan sonra

Vaksin olunmayan müəllimlərddən də bu testlər tələb olunacaq. Məsələyə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da ötən gün münasibət bildirib.

“6 sentyabrda əyani təhsilə başlanması ilə yanaşı vaksin olunmayan müəllimlər və digər təhsil işçiləri həftədə 2 dəfə COVID-19 testi verəcəklər”, – deyə o bildirib.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button