Top.Mail.Ru

CƏMİYYƏT

COVİD pasportu olmayanlar məhkumlarla görüşə buraxılmır |

Azərbaycanda məhkumlarla ailə üzvləri arasında uzunmüddətli görüşlərin keçirilməsinə icazə verilir.
.az xəbər verir ki, artıq bir sıra cəzaçəkmə müəssisələrində belə görüşlər təşkil olunur.

Pandemiya şəraiti davam etdiyindən məhkumlarla uzunmüddətli görüşlərin keçirilməsinə yalnız COVİD-19 pasportu ilə icazə verilir.
Belə ki, hər iki doza ilə peyvəndlənmiş şəxslər həbsdə olan yaxınları ilə görüşə bilərlər. COVİD-19 pasportu olmayanlar isə uzunmüddətli görüşə buraxılmır.
Qeyd edək ki, ötən ilin mart ayından bəri koronavirus infeksiyasının geniş yayılması ilə əlaqədar məhkumlarla görüşlər dayandırılmışdı.

Mənbə
KAİM.AZ

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button