Top.Mail.Ru

CƏMİYYƏT

DİQQƏT! Bu rayonlarda iki gün qaz olmayacaq – RƏSMİ |

25 avqust saat 15:00-dan 26 avqust tarixədək iki gün müddətində bəzi rayonlarda qaz olmayacaq.
“Azəriqaz” İstehsalat Birliyindən .az-a verilən məlumata əsasən, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt Magistral Qaz Kəmərində görüləcək təmir işləri ilə əlaqədar “Tovuz”, “Ağstafa” və “Köçəsgər” QPS-lərdən qidalanan əhali və sənaye qrup istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Təmir müddətində Tovuz şəhəri və rayonun 15 yaşayış məntəqəsi, həmçinin Ağstafa rayonunun tam olaraq (Ağstafa şəhəri və rayonun 33 yaşayış məntəqəsi) qaz təchizatının iki gün müddətinə məhdudlaşdırılması gözlənilir.
Abonentlərdən anlayışlı olmaları xahiş edilib.
Qeyd edilib ki, görülən işlər soyuq aylarda mavi yanacağın davamlı şəkildə verilməsinə şərait yaradacaq.

Mənbə
KAİM.AZ

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button