Top.Mail.Ru

CƏMİYYƏT

Həsən Ruhanidən sərt ismarıc: “Fransa və Avropa, müsəlmanlardan əl çəksin”

İran Prezidenti Ruhani, Avropa və Fransanın sülh və firəvanlıq yaratmaq istəyirsə müsəlmanların daxili işinə qarışmamalı olduğunu ifadə edib.

KAİM.az xəbər verir ki, Nazirlər Kabinentinin iclasında çıxış edən Həsən Ruhani Peyğəmbərə hörmətsizliyin insani dəyərlərə təhqir olduğunu və əxlaqı tapdaladığını söyləyib. Hazırlanan karikaturanın sənətlə heç bir əlaqəsi olmadığını qeyd edən Ruhani bunun insanların qəzəbinə səbəb olduğunu deyib. Onun sözlərinə görə sənət və demokratiya adı ilə insanlar şiddətə təşviq olunur . İran prezidenti təhqir etməyin nə insanlığa nə də demokratiyaya uyğun olmadığını qeyd edib: “Islam dünyası dinimizə qarşı edilən təhqirlərə uyğun və qətiyyətlə reaksiya verdi. Bu, İslam dünyasının daima Peyğəmbərin yolunu tutacağını göstərdi. Eyni zamanda sünni və şiələr arasında birliyi də göstərdi”- deyə çıxışında bildirib.

 

Şəbnəm Zahir

 

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button