Top.Mail.Ru

CƏMİYYƏT

Agentlik qazilərin ittihamlarına aydınlıq gətirdi |

“Bu gün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbul mərkəzi qarşısına gələrək şikayət edən 4 qazinin səsləndirdiyi ittihamlar əsassız və qeyri-obyektivdir”.
.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumatda qeyd edilib ki, hərbi səbəblərlə əlaqədar əlilliyin qiymətləndirilməsi sahəsində aparılan işlərdə vacib prinsip bu sahədə şəffaflığın, operativliyin təmin edilməsi və əlillik dərəcələrinin həqiqətən buna haqqı çatan insanlara təyin edilməsidir: “Sosial şəbəkə səhifəsinə narazılığını bildirən həmin qazilərin əlilliyinin qiymətləndirilməsinə də bu prinsipdən yanaşılıb.
Orxan İmanova hələ 2019-cu ilin dekabr ayında hərbi xidmət dövrü ilə əlaqədar II qrup əlillik təyinatı aparılıb. Bu il isə o, əlillik səbəbinin “ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi kimi qeyd olunması üçün Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına müraciət edib və bu gün Hərbi Həkim Komissiyası bununla bağlı müvafiq şəhadətnaməni təqdim edib.
O, aidiyyəti qurumların müvafiq sənədləri əsasında əlilliyinin yenidən qiymətləndirilməsi üçün əyani müayinəyə dəvət edilib. Lakin o əyani müayinədə iştirak etməkdən imtina edib. Orxan İmanova onun hərbi səbəblərlə əlaqədar əlilliyinin qiymətləndirilməsinin bu sahədə şəffaflığın təmin edilməsi üçün məhz əyani müayinədən sonra həyata keçiriləcəyi bildirilib.
Digər qazı Rafiq Məmmədov əlillik təyinatının gecikdirildiyini bildirsə də, əslində qaziyə aid göndərişin (Forma 88) və Şəhadətnamənin aidiyyəti qurumlar tərəfindən elə bu gün təqdim edildiyi müəyyən olunub. Agentlikdə ekspert-həkimlər tərəfindən əyani müayinə əsasında onun əlilliyinin qiymətləndirilməsi aparılıb. Müayinənin nəticələrinə əsasən əlillik təyinatı aparılmaqla yaxın iki gündə ona bu barədə rəsmi məlumat göndəriləcək. Bu barədə qazinin özünə də məlumat verilib
Digər iki şəxsin əlilliyinin qiymətləndirilməsi ilə bağlı Agentliyə aidiyyəti sənədlər təqdim edilməyib. Həmin sənədlər (o cümlədən, göndəriş) təqdim edildiyi halda onların da əlilliyi qiymətləndiriləcək”.

Mənbə
KAİM.AZ

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button