Top.Mail.Ru
CƏMİYYƏT

Polis rəisi rüşvət almaqla Operativ Qərargahın qoyduğu tələbləri pozur? – AÇIQLAMA |

Sosial şəbəkələrdə Gədəbəy Rayon Polis Şöbəsinin rəisi Mehman Həşimovun rayon ərazisində karantin qaydalarının pozulmasına göz yumması ilə bağlı iddialar səsləndirilib.
Bildirilib ki, rəis toy və ya obyekt sahiblərindən 3 000 manat rüşvət almaqla Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu tələbdən, yəni 150 nəfərdən çox qonağın gəlməsinə icazə verir.

.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu iddialar tamamilə cəfəngiyyatdır, əsassızdır, həqiqəti əks etdirmir və böhtan xarakterlidir: “Hiss olunur ki, bunu yayan qərəzlidir. Polisin və şöbənin fəaliyyətinə kölgə salmağa çalışır”.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button