Top.Mail.Ru
CƏMİYYƏT

Özünüməşğulluq proqramı çərçivəsində iştirakçılara təlimlər keçirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramına cəlb olunan şəxslərin kiçik biznesin təşkili üzrə bilik və bacarıqlara yiyələnmələri üçün təlimlərin təşkil işlərini davam etdirilir.

KAİM.az xəbər verir ki, təlimlər Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədəki sanitar-epidemioloji vəziyyətlə bağlı qəbul etdiyi qaydalara uyğun təşkil olunur.

Təlimlərdə iştirakçılara minimum biznes anlayışı, maliyyə savadlılığı, şəxsi motivasiya və uğurlu sahibkarlıq fəaliyyəti ilə bağlı bilik və bacarıqlar aşılanır. Onlara biznes planlarının hazırlanmasında köməklik göstərirlir. Həmçinin, iştirakçılara sahibkar və sahibkarlıq, bazar araşdırması və marketinq planın hazırlanması, biznesin idarə edilməsi üçün tələb olunan resurslar, satış planının hazırlanması və s. üzrə ətraflı məlumatlar verilir. Təlimləri müvəffəqiyyətlə bitirən şəxslər seçdikləri özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button