Top.Mail.Ru
CƏMİYYƏT

Anardan Qəşəm Nəcəfzadənin adının Şuşa siyahısından çıxarılması haqda AÇIQLAMA |

Azərbaycan Yazıçılar İttifaqının sədri, Xalq yazıçısı Anar Rzayev şair Qəşəm Nəcəfzadənin sabah Şuşaya səfər edəcək şairlərin siyahısından adının çıxarılmasına münasibət bildirib.
.az xəbər verir ki, o,  Manset.az-a açıqlamasında Qəşəm Nəcəfzadənin adının hansı səbəbdən siyahıdan çıxarıldığını bilmədiyini qeyd edib.

“Biz onun adını siyahıda vermişdik, olmalı idi, ancaq çıxarılıb. Niyə çıxarılıb, bilmirəm. Qəşəmin adını kim çıxardıb xəbərim yoxdur. O məni ittiham edə bilməz, çünki mən onun adını siyahıda vermişdim. Mümkünsə onun da adını siyahıya daxil etsinlər, getsin!”
 

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button