Top.Mail.Ru
CƏMİYYƏT

Zakir Həsənov Hulusi Akarı və Yaşar Güləri təbrik etdi |

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akara və baş qərargah rəisi ordu generalı Yaşar Güləri təbrik məktubu ünvanlayıb.
.az təbrikin mətnini təqdim edir:

“Sizi, ailənizi və tabeliyinizdə olan şəxsi heyəti Zəfər Bayramı və Türk Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edir, Sizə cansağlığı, uzun ömür, ailə səadəti, çətin və şərəfli işinizdə müvəffəqiyyət arzulayıram.
Əminəm ki, dost və qardaş Türk Silahlı Qüvvələri bütün çətinliklərdən layiqincə çıxacaq və qurumlarımız arasında mövcud əməkdaşlığımız bundan sonra daha da genişləndiriləcək və möhkəmləndiriləcəkdir.
Fürsətdən istifadə edərək Sizə hörmət və ehtiramımı izhar edirəm”.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button