Top.Mail.Ru
CƏMİYYƏT

Ermənilər deyir Gorus-Qafan yolu açılıb – Rəsmi Bakı isə susur |

Azərbaycan ərazisindən keçən Gorus-Kafan avtomobil yolunun blokadasının açılmasına dair razılıq əldə edilib. Bunu Qafan meri Gevorg Parsyan videomüsahibəsində deyib. Rəsmi Bakı isə bu məlumatı təsdiqləməyib.
.az xəbər verir ki, Ermənistan mətbuatının yazdığına görə, rəsmi Bakı avqustun 27-də yol boyunca Rusiya-Azərbaycan müştərək keçid məntəqələrinin yaradılması şərti ilə yolu açmağa razılıq verib.

Siyasi şərhçi Nazim Cəfərsoyun sözlərinə görə, Rəsmi Bakı öz maraqlarına uyğun hər hansı nəticə əldə etməsə idi yolu açmazdı.
“Azərbaycan tərəfi nələrisə alıb ki, o yolu açıb. Azərbaycan tərəfi rəsmi açıqlama vermir. Erməni tərəfinin açıqlamalarında isə ziddiyətli məqamlar var. Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan kəndləri üzərindən verdiyi bəyanatı Gorus-Qafan yolunun açılması prosesində Azərbaycan tərəfinin tələblərinin qəbulu ehtimalını gündəmə gətirir”.
Nazim Cəfərsoyun fikrincə, Gorus-Qafan yolunu bağlamaqla rəsmi Bakı İrana da xəbərdarlıq etdi. “Doğrusu iki gun yolu baglayib, sadəcə beton qoymaq şərti ilə açmaq çox inandırıcı deyil. Yolu bağlamanın İrana da ciddi bir xəbərdarlıq olduğunu düşünürəm. Əvvəllər Azərbaycan tərəfi tez-tez İrana şifahi mesaj verdiyini görürdük. İranın Qarabağla bağlı, Zəngəzur və Ermənistanla bağlı mövqeyindən narazı olduğunu bildirirdi”, deyə şərhçi vurğuladı.
O ki qaldı Rusiya-Azərbaycan müştərək keçid məntəqələrinin yaradılması ilə Rusiyanın Azərbaycanda təmsilçiliyinin artması barədə iddialara Nazim Cəfərsoy dedi ki, erməni tərəfi təzyiq altında qaldıqca Rusiyaya daha çox sığınır. Bu da Rusiyanın proseslərdə daha sıx iştirak etməsinə şərait yaradır.
Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistan tərəfin Gorus-Qafan yolunun açılması barədə məlumatını hələlik təsdiqləməyib.
Azərbaycan hərbçiləri avqustun 25 -də ümumi uzunluğu 21 km olmaqla Gorus-Qafan yolunu iki yerdə yolu bağladılar. Buna səbəb iki erməni əsgərinin Azərbaycan sərhədçisinə hücumu olub./Anews.az

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button