Top.Mail.Ru
CƏMİYYƏT

Bakıda və rayonlarda Birinci Qarabağ müharibəsinə aid 197 naməlum məzar var – Dövlət Komissiyası |

“Bakı və digər şəhər və rayonlarda Birinci Qarabağ müharibəsinə aid 197 naməlum məzar var”.
.az-ın məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov deyib.

İ. Axundov bildirib ki, həmin məzarların vaxtilə GPS koordinatları çıxarılıb: “Bu həmin məzar yerlərinin yox olmaması və üzərlərində başqa qəbir, yaxud hər hansı inşaat işləri aparılmaması üçün edilib. Hazırda Hərbi Prokurorluq tərəfindən bu istiqamətdə Bakı və digər şəhər, rayonlarda intensiv şəkildə işlər aparılır. İşlərin nəticəsi barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək”.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button