Top.Mail.Ru
CƏMİYYƏT

Xalq yazıçısı Şuşada “Nə oldu Paşinyan?” dedi |

“Mən bu qısa çıxışımı etirafla başlamaq istəyirəm. Bilirdim ki, Şuşa haçansa mütləq azad olunacaq. Çünki başqa cür mümkün deyildi. Ancaq mən özümün həmin gözəl günü görəcəyimə inanmırdım. Nə üçün inanmırdım? Çünki dünyanı ikili siyasi standartlar idarə edir və Siz, çox hörmətli cənab Prezident, bu güclü və qolu zorlu ikili standartlar dünyasında ortaya son dərəcə cəsarətli və cəsarətli olduğu qədər də qətiyyətli, prinsipial iradə qoydunuz. Qəsbkar Şuşadan qovuldu və Şuşa azad oldu. Ancaq yalnız qəsbkar deyil, bu ikili standartlar da məğlub oldu”.
.az xəbər verir ki, bu fikiləri Şuşa şəhərində keçirilən Vaqif Poeziya Günlərinin açılış mərasimində Xalq yazıçısı Elçin Əfəndiyev çıxışı zamanı deyib.

O, əminliklə deyib ki, Şuşa bundan sonra daha da gözəlləşəcək, inkişaf edəcək, daha artıq eşqlə böyük sənətkarlar, böyük vətəndaşlar yetişdirəcək:
“Cənab Prezident, Azərbaycanın gələcək tarix kitablarında, salnamələrdə Sizin adınız həmişə azad Şuşa ilə, azad Qarabağ ilə yanaşı yazılacaq”.
“Mənim təsəvvürümdə Şuşa canlı bir orqanizmdir. Biz 30 il Şuşa ağrısı ilə yaşadıq. Ancaq bu 30 ildə Şuşanın özü də həsrət və ağrı içərisində idi.
Bu canlı orqanizm doğma xalqının yolunu gözləyirdi. Nəhayət ki, Şuşa bu həsrət əsarətindən, bu ağrıdan xilas oldu. 44 günlük azadlıq savaşında Ali Baş Komandan da, generallar da, zabitlər də sıravi Azərbaycan əsgəri idilər. Ali Baş Komandan həm də bu 44 gündə Azərbaycan xalqının ədalətin və prinsipiallığın tribunu idi. Bu tribunun səsi dünyaya da yayılırdı, hər bir azərbaycanlının ürəyinə də yayılırdı. Bu gün bizim hamımız, bütün Azərbaycan xalqının sevinci, fərəh hissi və qüruru, eyni zamanda, Şuşanın özünün də sevincidir, Şuşanın da qürurudur.
Əziz dostlar, bu sözləri oxuya-oxuya bir söz də yadıma düşdü və onu demədən düşmək istəmirəm:
“Nə oldu Paşinyan?”, deyə o, çıxışını yekunlaşdırıb./Bizim.Media

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button