Top.Mail.Ru
CƏMİYYƏT

İran rəsmisi: Qərbi Azərbaycanın köçəri tayfalarında qızlar kitab ala bilmədikləri üçün təhsildən geri qalırlar |

İran Təhsil Nazirliyinin Təhsil Ədalətinin İnkişafı və Köçəri Tayfaların Təhsili İdarəsinin rəisi Məhəmmədrza Seyfi bildirib ki, Qərbi Azərbaycan vilayətinin köçəri tayfalarında maddi çatışmazlıqlar üzündən kitab ala bilməmək qız uşaqlarının təhsildən yayınmasına səbəb olub.
.az xəbər verir ki, o, 1061 şagirdlə ölkədə təhsildən yayınan bölgənin Qərbi Azərbaycan vilayəti olduğunu deyib.

Rəsminin sözlərinə görə, hazırda İranda köçəri tayfa (عشایری) şagirdləri arasında 75.743 nəfər komputer və internet kimi texniki vasitələri olmadığından “online” təhsilə qoşular bilmirlər.
Məhəmmədrza Seyfi habelə qeyd edib ki, Qərbi Azərbaycan vilayətində sözügedən ailələrin qız övladları maddi imkansızlığa görə kitab əldə edə bilmədikləri üçün təhsil ala bilmirlər. O, bu şagirdlərə pulsuz kitab verilməsi ilə bağlı İranın bir çox qurumlarına müraciət etdiklərini, ancaq heç bir nəticə olmadığını vurğulayıb.
Mənbə: “Azad İran”

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button