Top.Mail.Ru
CƏMİYYƏT

Özünüməşğulluq proqramına qatılan daha 400 nəfərə yaxın şəxs peşə təlimlərinə cəlb edilib

Avqust ayında Gəncə Peşə Hazırlığı Mərkəzində Özünüməşğulluq proqramına qatılan 400 nəfərə yaxın işsiz vətəndaş peşə təlimlərinə cəlb edilib.

Təlimlərdə kənd təsərrüfatı (maldarçılıq təsərrüfatı, qoyunçuluq təsərrüfatı, keçiçilik, arıçılıq) eləcə də istehsal və xidmət (kiçik dərzi sexi, qadın gözəllik salonu, kişi bərbərxanası, avtoçilingər, avtotəmizləmə xidməti, PVC qapı və pəncərə istehsalı, dəmirçi sexi) sahələri üzrə öz kiçik bizneslərini qurmaq istəyən şəxslərə həmin sahələrlə bağlı nəzəri məlumatlar verilib.

Qeyd edək ki, təlimlər başa çatdıqdan sonra seçdiyi istiqamət üzrə öz biznes planını uğurla müdafiə edən şəxslər Özünüməşğulluq proqramı çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq aktivlərlə təmin ediləcəklər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button