Top.Mail.Ru
CƏMİYYƏT

Metroya daxil olmağa çalışan korona xəstələri – Video |

Koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ictimai nəqliyyatda kütləvi yoxlama tədbirləri davam etdirilir.
DİN-nin Mətbuat Xidmətindən .az-a verilən məlumata görə, xidməti formada və mülki geyimdə keçirilən tədbirlərlə tibbi maskadan istifadə etməyən, müəyyən olunan norma və qaydalara əməl etməyən şəxslərin profilaktikası, eləcə də aktiv koronavirus xəstələri üzərində nəzarət daha gücləndirilib.

Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən metronun 20 Yanvar və Qara Qarayev stansiyalarına daxil olmağa çalışan 2 nəfər aktiv koronavirus xəstəsi – 1979-cü il təvəllüdlü Elşən Hüseynov, 2003-cü il təvəllüdlü Nurlan Hümbətov müəyyən olunaraq, aidiyyəti üzrə təhvil verilməklə, müalicə təyin olunan ünvana yerləşdilib.
Xəstəliklərin yayılması üçün real təhlükə yaradan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq araşdırmlar davam etdilir.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button