CƏMİYYƏT
Taliban sazişi pozdu – Pəncşirdə gərgin döyüşlərdə… |

Pəncşir vilayətində yüzlərlə Taliban döyüşçüsü öldürülüb.
.az xəbər verir ki, bunu Əfqanıstan Müqavimət Cəbhəsinin komandirlərindən biri CNN-ə açıqlamasında deyib.
“Pəncşiri ölkənin digər hissəsi ilə birləşdirən Havak aşırımında qızğın döyüşlər gedir. Bizim hələ də internetimiz yoxdur. Taliban yüzlərlə döyüşçüsünü itirib”, – komandir bildirib.
Əfqanıstan Müqavimət Cəbhəsinin nümayəndəsi Əli Nəzərinin sözlərinə görə, Taliban hücum etməklə tərəflər arasında əldə olunmuş “centlmen sazişi”ni pozub. Nəzəri taliblərin bir neçə hərbi texnikasının da vurulduğunu qeyd edib./Axar.az
Mənbə
KAİM.AZ